Рейтинг@Mail.ru

Elmin İnkişafı Fondu Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin nəticələri elan olunmuşdur

  • 13 Oktyabr 2015


Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin nəticələri elan olunmuşdur.

 

Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsi üzrə ümumi maliyyələşmə fondu 500000 manat olmaqla 24 qalib layihə müəyyənləşdirilmişdir. Onlardan 5-i fizika-riyaziyyat və texnika elmləri, 4-ü yer haqqında elmlər, 5-i kimya elmləri, 5-i biologiya, tibb və aqrar elmləri və 5-i humanitar və ictimai elmlər üzrədir. Qalib layihələrin rəhbərlərindən 17-si qadın, 7-si isə kişidir.

 

Ümumilikdə isə qalib layihələr Azərbaycan Milli Elmlər Akademiyasının Fizika, Riyaziyyat və Mexanika, Radiasiya Problemləri, Kataliz və Qeyri-üzvi Kimya, Neft-Kimya Prosesləri, Aşqarlar Kimyası, Geologiya və Geofizika, Coğrafiya, Botanika, Memarlıq və İncəsənət, Ədəbiyyat institutlarında, AMEA Naxçıvan Bölməsinin Bioresurslar, İncəsənət, Dil və Ədəbiyyat institutlarında,  həmçinin Bakı Dövlət, Xəzər, Azərbaycan Turizm və Menecment universitetlərində, Azərbaycan Elmi-Tədqiqat Əkinçilik, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri və İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat institutlarında, “ECORES Ekoloji İnformasiya Analitik Agentliyi” qeyri-hökumət təşkilatında yerinə yetiriləcək.

 

Xatırladaq ki, müsabiqənin keçirilməsi haqqında elan 2014-cü ilin noyabrın 10-da ellan edilmiş və bütün elm sahələri və qrant növləri üzrə müsabiqəyə 74 layihə daxil olmuşdur.

 

Müsabiqənin nəticələrinə dair ətraflı məlumatla www.sdf.gov.az internet səhifəsində tanış olmaq olar.

 

Qalib layihələrin siyahısı (faylı yüklə)

 

 

© İstifadə zamani www.ier.az saytına istinad zəruridir.


31.jpg
  • 13 Oktyabr 2015
  • 859