Рейтинг@Mail.ru

“Sosial Müdafiə Göstəriciləri və DİM-in Monitorinqi üzrə Potensialın Artırılması” mövzusunda seminar keçirilmişdir

  • 17 Mart 2017

14-15 mart tarixlərində Filippinin Respublikasının Manila şəhərində Asiya İnkişaf Bankının təşkilatçılığı ilə “Sosial Müdafiə Göstəriciləri və Dayanıqlı İnkişaf Məqsədlərinin Monitorinqi üzrə Potensialın Artırılması” mövzusunda seminar keçirilmişdir.

2 gün davam edən seminarda “Sosial müdafiənin dayanıqlı inkişaf məqsədləri”, “Sosial müdafiə indikatorlarının xülasəsi”, “Ölkə təcrübəsinin öyrənilməsi – sosial müdafiə indikatorları üzrə monitorinq və sorğuların daxil edilməsi”, “Sosial müdafiə sistemi – məlumatların toplanılması”, “Məsələnin həlli – Dayanıqlı inkişaf məqsədləri üçün sosial müdafiə sahəsində hədəf qruplarının monitorinq alətləri”, “Problemlər və çatışmazlıqların ünvanlandırılması” və “İmkanlar və növbəti addımlar – Açıq Forumda Dövlət nümayəndələrinin təklifləri” mövzularında məruzələr dinlənilmişdir.  

Tədbirdə sosial müdafiə sahəsində məlumat bazasının inkişaf etdirilməsi istiqamətində məlumatların toplanılması metodları, istifadə olunan monitorinq alətləri haqqında ətraflı məlumat verilmiş, habelə, Asiya və Sakit Okean ölkələrinin, eləcə də Sinqapur və İndoneziya respublikalarının sosial müdafiəsinin dayanıqlı inkişafının təmin edilməsi istiqamətində təcrübəsi müzakirə edilmişdir.

Seminarda ölkəmizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Sosial təminat siyasəti şöbəsinin müdiriDayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sosial məsələlər üzrə İşçi Qrupunun rəhbəri Fuad Hüseynov təmsil etmişdir.

 


© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.  


313.png
  • 17 Mart 2017
  • 911