Рейтинг@Mail.ru

Qazaxıstanda dövlət-özəl sektor əməkdaşlığının imkanları müzakirə edilmişdir

  • 14 Avqust 2017

Bu günlərdə Astana şəhərinə bir günlük səfər çərçivəsində İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru i.e.d., professor Vilayət Vəliyev Qazaxıstanın “Dövlət-Özəl Sektor Əməkdaşlığı” Mərkəzində (KZPPP) görüş keçirmişdir.


Mərkəzin rəhbəri Dr. Azamat Oynarov, akademik Sailau Baizakov və qurumun əməkdaşları ilə keçirilən görüşdə sosial – iqtisadi sahələrdə, xüsusilə də sənaye sahəsində dövlət-özəl sektor əməkdaşlığının imkanları və tətbiqinin xüsusiyyətləri, eləcə də qlobal meyllərin fonunda yeni yanaşmalar və çağırışlara uyğunlaşmasının təmin edilməsi zərurəti geniş müzakirə edilmişdir.


Görüşdə Qazaxıstanın sözü gedən sahədə təcrübəsi, habelə Mərkəzin dövlət-özəl sektorun əməkdaşlığı fonunda sosial sferada (uşaq bağçaları, məktəblər, poliklinikalar və s.) investisiyaların cəlb edilməsi, eləcə də hazırda 74 müqavilənin bağlanması, 60 müsabiqənin elan olunması və təklif edilmiş 260 layihə təklifinin hazırda qiymətləndirilmə mərhələsində olması, bu sahədə işlərin müvəffəqiyyətlə davam etdirilməsi bildirilmişdir. Həmçinin, bu sahədə vergi sisteminin və birbaşa xarici investisiyaların dövlət özəl əməkdaşlığına müsbət təsirlərinin olması və bu istiqamətdə işlərin uğurlu qurulmasının əhəmiyyəti qeyd edilmişdir.


Görüşün sonunda sözü gedən istiqamətdə işlərin aparılması, iş planın formalaşdırılması və əməkdaşlığın davam etdirilməsi məqsədilə işçi qrupun üzvlərinin səfərinə dair razılığa gəlinmişdir.

 

Mənbə: https://yvision.kz/post/774563

  

FOTO


© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.



317.png
  • 14 Avqust 2017
  • 109