Рейтинг@Mail.ru

Əməkdaşlıq görüşü keçirilmişdir

  • 13 Sentyabr 2017

Sentyabrın 8-də Tbilisi şəhərində Gürcüstanın Enerji NazirliyininABŞ-ın Enerji İqtisadçılarının Beynəlxalq Assosiasiyasının (IAEE) birgə təşkilatçılığı ilə əməkdaşlıq görüşü keçirilmişdir.

 

Seminarda Gürcüstanın enerji sahəsində cari vəziyyətinə dair məruzələr dinlənilmiş, enerji səmərəliliyinin yüksəldilməsi və yenilənəbilən enerji üzrə regional əməkdaşlıq, IAEE-nin sahə üzrə təcrübəsi, perspektiv əməkdaşlıq məsələləri, habelə 4-cü Avrasiya Konfransının 2018-ci ildə Gürcüstanda keçirilməsi imkanlarına dair geniş müzakirə aparılmışdır.

 

Gürcüstanın enerji nazirinin müavini cənab Tornike Rijvadzenin sədrliyi ilə keçirilən görüşdə Gürcüstanın Enerji Nazirliyinin aparıcı məsləhətçisi Nugzar Beşidze “Gürcüstanın Enerji Sektorunda Cari Vəziyyət”, Milli Enerji və Su Təchizatının Tənzimlənməsi Komissiyasının (GNERC) aparıcı məsləhətçisi Levan Zakareişvili “Gürcüstanda enerjinin tənzimlənməsi: çağırışlar və imkanlar”, IAEE-nin prezidenti cənab Ricardo Raineri “Enerji təhlükəsizliyi üçün bəzi qeyri-resurs çağırışları” və “IAEE-yə baxış”, IAEE-nin keçmiş prezidenti cənab Gurkhan Kumbaroğlu “Avroasiya enerji məsələləri üzrə IAEE-nin əlavə dəyəri”, IAEE-nin icraçı direktoru cənab David Villiams “4-cü IAEE Avrasiya Konfransı” mövzularında təqdimatlarla çıxış etmişlər.    

 

Tədbirdə Gürcüstanın Enerji Nazirliyinin əməkdaşları ilə yanaşı, yerli və beynəlxalq qurumların nümayəndələrinin, habelə IAEE-nin təşmsilçiləri ilə yanaşı, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru i.e.d., prof. Vilayət VƏLİEY iştirak və “Enerji resurslarının səmərəli regional ticarət imkanları: Azərbaycan və Gürcüstan timsalında” mövzusunda təqdimatla çıxış etmişdir.

 

Xatırladaq ki, uzun illərdir enerji sahəsində məsləhətçi olan i.e.d., prof. V.Vəliyev 1994-cü ildən IAEE ilə fəal əməkdaşlıq edir. IAEE-nin Rəyasət Heyətinin üzvü olmaqla yanaşı, o, hal-hazırda qurumun MDB ölkələri ilə regional əməkdaşlığının genişləndirilməsi istiqamətində fəal iş aparır.

 


FOTO



© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


318.png
  • 13 Sentyabr 2017
  • 49