Рейтинг@Mail.ru

XVI İİB Elm və Texnologiya mükafatları

  • 13 Sentyabr 2017

İİB-nin 2018-ci il üzrə XVI Elm və Texnologiya mükafatları elmin və texnologiyaların nəticələrinin maddi gəlir əldə edilməsinə verilən töhvəyə görə universitetlər, kolleclər, tədqiqat mərkəzləri, texnologiya şirkətləri, dövlət və özəl labaratoriyalar üçün nəzərdə tutulmuşdur.

Mükafat uğrunda mübarizə aparmağa layiq qurumlar müvafiq Ərizə Formasını (Application Form) dolduraraq, STPrize2018@isdb.org elektron-poçt ünvaına göndərməlidirlər.

Ərizənin çap olunmuş forması isə İİB-nin Potensialın İnkişafı İdarəsinə yaxud İİB-nin regional bölmələri vasitəsilə göndərilməlidir.

Ərizə forması aydın və səliqəli şəkildə doldurulmalı və aşağıda göstərilən əsas 9 hissəni əhatə etməlidir: 

  1. Ümumi məlumat  
  2. Əsas işçi qüvvəsi haqqında
  3. Fəaliyyətlər
  4. Gəlir
  5. Əməkdaşlıq
  6. Əlavə məlumatlar
  7. Maliyyələşmə
  8. Mükafatdan əldə edilən nağd vəsaitin istifadəsi haqqında
  9. Rəyçilər (İnstitutun işi ilə yaxından tanış olan ən azı 3 nəfər beynəlxalq səviyyəli səxsin əlaqə məlumatı)

 

Əlavə məlumat üçün əlaqə vasitələri:  

İİB-nin Potensialın İnkişafı İdarəsi

E-poçt: STPrize2018@isdb.org

Tel: +966-12 – 646 6361

Fax: +966-12 – 646 7828

Ərizə Forması (*.PDF)

Ərizə formasının doldurulması qaydaları (*.PDF)

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


319.jpg
  • 13 Sentyabr 2017
  • 38