Рейтинг@Mail.ru

“Yüksək ixtisaslaşma üçün birgə öyrənmə” mövzusunda regional konfrans keçirilmişdir

  • 13 Oktyabr 2015


6-8 oktyabr tarixlərində Avropa Təlim Fondunun təşkilatçılığı ilə Gürcüstanın Batumi şəhərində “Yüksək ixtisaslaşma üçün birgə öyrənmə” mövzusunda regional konfrans keçirilmişdir.

 

Tədbirdə Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistandan olan nümayəndələrlə yanaşı, İqtisadiyyat və Səanye Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktor müavini Namiq Məmmədov iştirak etmişdir.

 

Konfransda adları sadalanan ölkələrdə Milli İxtisaslaşma Çərçivəsinin (NQF) həyata keçirilməsi istiqamətində görülmüş işlər, əldə olunmuş nailiyyətlərə dair təqdimatlar dinlənilmiş, eləcə də bu sahədə adları sadalanan ölkələr arasındakı fərqlər və oxşarlıqlar ətrafında, həmçinin peşə və təhsil proqramlarında yeni ixtisas sisteminin qurulması üsulları istiqamətlərində ətraflı müzakirəlrə, geniş fikir mübadiləsi aparılmışdır.

 

 


© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


32.jpg
  • 13 Oktyabr 2015
  • 930