Рейтинг@Mail.ru

“İqtisadi səmərəlilik: innovativ texnologiyalar və qənaətli istehsal” mövzusunda konfrans keçirilib

  • 20 Oktyabr 2017


Oktyabrın 20-də İqtisadi İslahatlar ElmiTədqiqat İnstitutunda “İqtisadi səmərəlilik: innovativ texnologiyalar və qənaətli istehsal” mövzusunda konfrans keçirilib.

Konfransda İqtisadiyyat Nazirliyinin, aidiyyəti qurumların, ölkəmizdə fəaliyyət göstərən bir sıra şirkətlərin nümayəndələri və elmi işçilər iştirak edib.

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu sənayeləşmə siyasəti nəticəsində son illərdə yüzlərlə müasir texnologiyalara əsaslanan sənaye müəssisəsi fəaliyyətə başladığını, yeni rəqabətqabiliyyətli və ixracyönümlü, innovativ sənaye sahələrinin yaradıldığını, idxaldan asılılığın azaldıldığını, ixrac potensialının yüksəldiyini qeyd edib. V.Vəliyev həmçinin, dövlət başçının müvafiq Fərmanı ilə təsdiq edilmiş  Azərbaycanda ağır sənaye və maşınqayırmanın inkişafına və kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair strateji yol xəritələrində 2017-2020-ci illər üzrə əsas götürülmüş hədəflərdən, ötən müddət ərzində bu hədəflər üzrə görülmüş işlərdən bəhs edib. Bildirilib ki, bu yol xəritələrində mövcud aktivlərin səmərəli istifadə olunması, rəqabətədavamlı sektorun yaradılması, maliyyə dəstəyinin təmin edilməsi və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi əsas strateji hədəflər kimi seçilib.

V.Vəliyev sənayeyönümlü özəl müəssisələrin, universitetlərin və dövlətin əməkdaşlığının gücləndirilməsinin, ideya və texnologiyaların sənayedə tətbiqinin səmərəliliyin artırılmasında rolunu vurğulayıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tədris işləri üzrə prorektoru Akif Qasımov öz növbəsində Universitetinin sənaye və mülki tikinti obyektlərinin layihələndirilməsi, daxili sistemlərin qurulması, qənaətli mexanizmlərin tətbiqi və istifadəsində dünya təcrübəsindən faydalanmaqla Azərbaycanda tətbiq imkanları, istehsal və emal texnologiyaları, eləcə də, kadr potensialının hazırlanması, laborator və “Schneider Electric” Şirkətilə əməkdaşlıq imkanlarına dair fikirləri iştirakçıların diqqətinə çatdırmışdır.

“Schneider Electric” Şirkətinin Orta Asiya üzrə rəhbəri Emrah Tekdemir Şirkətin yaranma tarixi, görülmüş işlər, dünyada və Azərbaycandakı fəaliyyət istiqamətlərinə, habelə, sənaye, infrasturuktur, Şirkətin profilinə uyğun digər layihələrdə iştirak imkanlarına ətraflı məlumat vermişdir. 

Daha sonra plenar sessiyada Institutun direktor müavini Arzu Hüseynova kiçik və orta sahibkarlığın imkanlarının genişləndirilməsində innovativ infrastrukturun inkişafı, “Schneider Electric” Şirkətinin nümayəndələri enerji effektivliyi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin  nümayəndəsi  enerjidən səmərəli istifadə mövzularında təqdimatlarla çıxış ediblər.

Sonda geniş müzakirə keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib.


 

FOTO



© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.




325.jpg
  • 20 Oktyabr 2017
  • 157