Рейтинг@Mail.ru

Əməkdaşlıq memorandumu imzalanmışdır

  • 07 Noyabr 2017

Noyabrın 7-də “Schneider Electric” Şirkətinin Orta Asiya üzrə rəhbəri Emrah Tekdemir və qurumun enerji və infrastruktur üzrə rəhbəri Mirməhəmməd Səməndərzadə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda olmuşlar.

 

Görüşdə perspektiv əməkdaşlıq imkanlarına dair müzakirə aparılmış və əməkdaşlıq haqqında memorandum imzalanmışdır.

  

Ümumilikdə tərəflər enerji səmərəliliyi və qənaət üzrə innovativ texnologiyaların tətbiqi, baş verən dəyişikliklər, yerli və dünya bazarlarında təsirə malik tədbirlərə dair analitik və statistik məlumatların mübadiləsi, enerji səmərərliliyinin və qənaətinin yüksəldilməsi imkanlarının təhlil edilməsi, enerji avadanlıqlarının istehsalı, qənaət, layihələndirmə kimi istiqamətlərdə mövcud təcrübənin öyrənilməsinə dair təcrübə mübadiləsi, tətbiqi və nəticələrin qiymətləndirilməsi, sahəvi məhdudiyyətlərin müəyyən edilməsi və həllərin axtarılmasında birgə tədqiqatların aparılması və s. kimi məsələlərə dair razılığa gəlmişlər.


Xatırladaq ki, İnstitutda Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin “1.1.1. Qənaətli istehsal metodları üzrə təhlil apanrılması” və “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin “5.2.1. KOS-un inkişafı üçün innovasiya infrastrukturunun təkmilləşdirilməsi” və “5.2.2. Dövlət əhəmiyyətli və müstəqil elmi-tədqiqat (tədqiqat və inkişaf) mərkəzlərinin formalaşdırılması və elmi istehsalat birliklərinin yaradılması” tədbirlərinin icrasının təmin edilməsinə dair tapşırıqların yerinə yetirilməsi istiqamətində “Schneider Electric” Şirkətinin təcrübəsindən faydalanılır. 


326.png
  • 07 Noyabr 2017
  • 72