Рейтинг@Mail.ru

Bakı Dövlət Universitetinin nümayəndələri ilə görüş keçirilmişdir

  • 07 Noyabr 2017

Noyabrın 7-də Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakultəsinin dekanı kimya elmləri doktoru, professor Nazim Şəmilov və kimya elmləri namizədi, dosent Qəzənfər Bayramov İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda olmuşlar. 

 

Görüşdə hazırda Universitetdə tikilməkdə olan texnoloji-innovasiya mərkəzinin fəaliyyət proqramının, o cümlədən, tədrisin elmi-tədqiqatların bir-biri ilə və istehsalatla əlaqələndirilməsi, habelə, növbəti təlimlərin istiqamətləri və mövzuları müzakirə edilmiş, ““SOCAR Polimer” klasterinin yaradılmasına dəstək” mövzusunda təqdimat dinlənilmiş, “SOCAR Polimer” ətrafında klasterlərin formalaşmasında Universitetin mövcud elmi potensialının tətbiq imkanlarına dair fikir mübadiləsi aparılmışdır.

 

Xatırladaq ki, dövlət-özəl sektor əməkdaşlığının gücəndirilməsi istiqamətində səmərəli iş aparan İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu ilə Bakı Dövlət Universiteti arasında bağlanmış əməkdaşlığa dair razılaşmaya əsasən Universitetin professor-müəllim heyəti üçün “İnnovasiya strukturlarının formalaşması və müqayisəli təhlil” mövzusunda ilk təlim 10 oktyabr 2017-ci il tarixində keçirilmişdir.  

 

Əməkdaşlıq Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin “5.2. Kiçik və orta sahibkarların fəaliyyətini stimullaşdıran innovasiya infrastrukturunun formalaşdırılması” prioritet istiqamətinə uyğun olaraq, həyata keçirilir. 

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.



327.png
  • 07 Noyabr 2017
  • 113