Рейтинг@Mail.ru

İsmayıllıda IV Qafqaz İqtisadi Forumu keçirilmişdir

  • 18 Oktyabr 2015


17-18 oktyabr tarixlərində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Qafqaz Universiteti və İsmayıllı Rayonu İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllıda 2015-ci il “Kənd təsərrüfatı” ilinə həsr edilmiş IV Qafqaz İqtisadi Forumu keçirilmişdir.

 

Kənd təsərrüfatı iqtisadiyyatına həsr olun Forumda ümumilikdə kənd təsərrüfatı sahəsində tanınan yerli və xarici mütəxəssislər, dövlət və özəl sektorun nümayəndələri və elm adamlarından ibarət olmaqla 160-dək nümayəndə iştirak etmişdir.

 

Rəsmi açılış mərasimindən əvvəl tədbir iştirakçıları ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişlər.

 

Tədbiri giriş sözü ilə açan İsmayıllı RİH-nin başçısı, iqtisad elmləri doktoru, professor Mirdaməd Sadıqov 2015-ci ildə rayonda  sosial-iqtisadi, aqrar və sənaye sahələrində əldə olunan nəticələrlə iştirakçıları tanış etmişdir. Daha sonra çıxış edən Yaponiyanın İto şəhərindən gəlmiş qonaq “Kosuqi”  Korporasiyasının prezidenti Kosuqi Saki, Qafqaz Universitetinin rektoru Ahmed Sanıç, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin baş direktoru, professor Rəsul Balayev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov kənd təsərrüfatı iqtisadiyyatının müxtəlif istiqamətlərini əhatə edən çıxışlar etmiş, eləcə də Forumun işinə uğurlar arzu etmişlər.

 

İqtisadiyyat və Sənaye Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun  direktoru Vilayət Vəliyevin “Azərbaycanın strateji iqtisadi inkişafında  kənd təsərrüfatının rolu” mövzusunda məruzəsi dinlənilmişdir.

 

Plenar iclasda isə Türkiyə Respublikasının Ege Universitetinin professoru xanım Uyğun Aksoyun təqdimatında isə ekoloji təmiz kənd təsərrüfatı sahəsində Türkiyə təcrübəsi ətraflı şərh edilmişdir. Plenar iclaslarda həmçinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalı, kəndinvestisiya layihələrinin inkişafı, regional kənd təsərrüfatının inkişafı problemləri, kənd təsərrüfatı inkişafının potensial imkanları, kənd təsərrüfatında kimyalaşdırmanın rolu və ekoloji problemlər, kənd təsərrüfatının maliyyə problemləri və onların həlli yolları, kənd təsərrüfatının kreditləşməsi mexanizmi və sair mövzularda praktiki və nəzəri məsələlər geniş müzakirə edilmişdir.

 

 


© İstifadə zamani www.ier.az saytına istinad zəruridir.


33.jpg
  • 18 Oktyabr 2015
  • 938