Рейтинг@Mail.ru

Türkiyədə “Liderlik akademiyası” mövzusunda təlim keçirilmişdir

  • 20 Oktyabr 2015


4-14 oktyabr tarixlərində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TIKA) və Türkiyə Sənaye Təşviq və İdarəetmə İnstitutunun (TÜBİTAK-TÜSSİDE) birgə təşkilatçılığı ilə “Liderlik Akademiyası” mövzusunda təlim keçirilmişdir.

 

Azərbaycandan olan mütəxəssilər üçün təşkil edilmiş təlimdə Xarici İşlər, Ədliyyə, təhsil nazirliklərindən, Gömrük Komitəsindən, Samux Heydər Əliyev Mərkəzindən, qeyri-hökumət təşkilatlarından və özəl sektordan ümumilikdə 34 nəfər nümayəndə ilə yanaşı, İqtisadiyyat və Sənaye Nazirliyi İqtisadi İshalahtlar Elmi Tədqiqat İnstitutunun İqtisadi modelləşdirmə və analitik təhlil şöbəsinin böyük elmi işçisi Afət Həsənova  iştirak etmişdir.

 

Təlimdə təşkilatı liderlik, qlobal dəyişmə metodu, beynəlxalq protokol qaydaları, şəffaflıq və hesabatlılıq, regional inkişaf modelləri, türk iqtisadiyyatının inkişaf istiqamətləri, strateji idarəetmə, tədqiqat-inkişaf və innovasiya kimi müxtəlif mövzularda təqdimatlar dinlənilmişdir. Tədbir iştirakçıları, Ankara şəhərində Hacettepe Universiteti nəzdində Texnoparkda “Elm və texnologiya” mövzusunda konfransda iştirak etmiş, Türkiyə Millət Məclisini, Xarici İşlər Nazirliyini, eləcə də Atatürkün məzarını ziyarət etmişlər.

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


34.jpg
  • 20 Oktyabr 2015
  • 932