Рейтинг@Mail.ru

2017-2018-ci tədris ili üçün doktorantura və dissertanturaya qəbul ELAN EDİLİR

  • 27 Dekabr 2017

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu


2017-2018-ci tədris ili üçün doktorantura və dissertanturaya qəbul

ELAN EDİR


Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 2017-ci il tarixli, 870s nömrəli Sərəncamı ilə təsdiq olunmuş Plana əsasən, 2017-2018-ci tədris ili üçün iqtisad elmlərinə aid ixtisaslar üzrədoktorantura və dissertanturaya qəbul elan edir.

Doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

  • ərizə (direktorun adına);
  • kadrların şəxsi uçot vərəqi;
  • tərcümeyi-hal;
  • 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
  • iş yerindən xasiyyətnamə (işləyənlər üçün);
  • əmək kitabçasının surəti (iş stajı olanlar üçün);
  • çap olunmuş elmi əsərlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (dissertanturaya sənəd verənlər isə seçdiyi ixtisas üzrə çap olunmuş elmi əsərlərin siyahısını təqdim etməlidirlər);
  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
  • fəlsəfə doktoru diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti (elmlər doktoru hazırlığı üzrə);
  • xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (əgər varsa);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti.

Sənədlər 28 dekabr 2017-ci il tarixindən 22 yanvar 2018-ci il tarixinədək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Elmi Katiblikdə qəbul edilir.


Əlaqələndici şəxs:

Afaq Qasımova 

Tel: (+99412) 4315795 (dax: 3613)

Ünvan:

İqtisadi İslahatlar ETİ-nin inzibati binası

AZ 1011, Bakı şəhəri, H.Zərdabi prospekti, 88a

6-cı mərtəbə, otaq № 613


PLAN (*.PDF)


© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.



345.jpg
  • 27 Dekabr 2017
  • 2717