Рейтинг@Mail.ru

İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti iclası keçirilmişdir

  • 06 Dekabr 2015


3-4 dekabr tarixlərində Türkiyənin İnkişaf Nazirliyinin və İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) birgə təşkilatçılığı ilə Ankarada İƏT-in İqtisadi Tədqiqatlar üzrə Daimi İşçi Qrupunun 4-cü və qurumun “İqtisadiyyat” jurnalının Redaksiya Heyətinin 3-cü iclası keçirilmişdir.

 

Tədbirlərdə Azərbaycanın nümayəndə heyəti ilə yanaşı, Qazaxıstan, Əfqanıstan, Pakistan, İran, Qırğızıstan və Türkiyədən olan nümayəndələr iştirak etmişlər. İclaslarda həmçinin, İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev və şöbə müdiri Aynurə İsmayılova iştirak etmişlər.

 

Hər iki tədbirdə əvvəlki dövrün hesabatları dinlənilmiş, görülmüş işlərə dair məruzələr edilmiş, bir sıra təklif və tövsiyələr verilmişdir. Sonda yekun hesabatlar dinlənilmiş, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

 

İclasda həmçinin İƏT-in “İqtisadiyyat” jurnalının Baş redaktoru Vilayət Vəliyevin namizədliyi yenidən irəli sürülmüş və Vilayət Vəliyev növbəti dövr üzrə jurnala baş redaktor seçilmişdir.

 

Qeyd: 2012-ci ildən etibarən “İqtisadiyyat” jurnalın baş redaktoru İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyevdir və jurnalın ilk iclası 8 noyabr 2012-ci il və 26 aprel 2014-cü il tarixlərində Bakıda keçirilmişdir. 

 

 


© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


35.jpg
  • 06 Dekabr 2015
  • 1148