Рейтинг@Mail.ru

İSO9001:2015 standartlarının tətbiqi üzrə təlimə başlanıb

  • 14 Yanvar 2019

14 yanvar 2019-cu il tarixində İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda İSO9001:2015 standartlarının tətbiqi istiqamətində təlimə start verilib. Təlim dövlət başçısının 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, qənaətli istehsal üzrə beynəlxalq standartların tətbiqinin təşviqi məqsədilə həyata keçirilir. 5 gün davam edəcək  təlimin məruzəçiləri Türk Standartlar İnstitutunun təhsil üzrə direktoru Feyzullah Erdoğan və İnstitutun Azərbaycan üzrə təmsilçisi Gülhan Yüzeroğludur.

 Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) və Türk Standartlar İnstitutunun ölkəmizdəki nümayəndəlikləri ilə birgə əməkdaşlıq çərçivəsində təşkil edilən təlimlərdə İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun əməkdaşları ilə yanaşı Sumqayıt Kimya Sənaye Parkının da nümayəndələri də iştirak edirlər.

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev keyfıyyətin idarə olunması və enerji səmərəliliyi sahələrində beynəlxalq standartların tətbiqi istiqamətində TİKA və Türk Standartlar İnstitutu ilə əməkdaşlıq edildiyini vurğulayıb, bu sahədə görülən işlər barədə məlumat verib.

TİKA-nın baş koordinatorunun yardımçısı Ersin Çopur Azərbaycanın dövlət və qeyri-dövlət strukturları ilə əlaqələr, həyat keçirilən birgə layihələrdən danışıb, təlimlərin əhəmiyyətini qeyd edib.

Təlim 18 yanvar 2019-cu il tarixinədək davam etdiriləcək. 

   © İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.

420.jpg
  • 14 Yanvar 2019
  • 485