Рейтинг@Mail.ru

Əmək bazarının təhlilinə dair təqdimat keçirilmişdir

  • 19 Mart 2019

19 mart 2019-cu il tarixində İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda Karlov Universiteti və Çex Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun doktorantı Tağı Qadirinin “Miqrasiya iqtisadiyyatı: Alman əmək bazarı timsalında” mövzusunda tədqiqat işinin təqdimatı keçirilib. Tədbirdə İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun əməkdaşları və doktorantlar iştirak ediblər.

Təqdimatda müxtəlif ölkələrdən olan miqrantların alman əmək bazarına adaptasiyası təhlil edilib.

Tədbirdə İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev təqdim olunan işi yüksək qiymətləndirib, tədqiqat prosesində təhlil, müqayisə, dinamika, statistik qruplaşdırma, müşahidə və s. üsullardan geniş istifadə edildiyini bildirib.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb. 




© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.

427.jpg
  • 19 Mart 2019
  • 406