Рейтинг@Mail.ru

XVIII Beynəlxalq Elmi - Praktik Konfrans keçiriləcək

  • 13 May 2019


19-20 sentyabr 2019-cu il tarixlərində Ukraynanın Kiyev şəhərində "İnformasiya Cəmiyyətinin Qurulması: Ehtiyatlar və Texnologiyalar" mövzusunda XVIII Beynəlxalq Elmi-Praktik Konfrans təşkil ediləcək.

Konfrans Ukrayna Təhsil və Elm Nazirliyi, "Ukrayna Elmi-Texniki Ekspertiza və İnformasiya İnstitutu" Dövlət Elm Qurumu, "Ukrayna Milli Elmlər Akademiyasının İqtisadiyyat və Proqnozlaşdırma İnstitutu" Dövlət Qurumu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun  (ISRER) təşkilatçılığı ilə keçirilir.

Konfransda rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində cəmiyyətin formalaşması və müasir meyllər, texnoloji təhlükəsizlik, rəqəmsal məlumatların qorunması, süni əqli texnologiyalar, elektron arxiv və köşklər, böyük həcmli məlumatlar, yeni iş və ünsiyyət formaları, analitik təhlil və marketinq tədqiqatlarında sosial şəbəkələrin rolu kimi mövzuların müzakirəsi nəzərdə tutulur.     

Konfransa alimlər, müəllimlər, sahibkarlar, informasiya və analitik xidmət rəhbərləri, kitabxana işçiləri, rəqəmsal texnologiyalar və təhlükəsizlik mütəxəssisləri, innovasiya strukturlarının nümayəndələri və biznes assosiasiyaları, hökumət və idarəetmə, ictimai təşkilatlarla yanaşı müstəqil ekspertlər də dəvətlidirlər.  

Konfrans haqqında ətraflı məlumatın aşağıda qeyd olunan keçiddən əldə olunması tövsiyə olunur:   

http://www.uintei.kiev.ua/page/xviii-mezhdunarodnaya-nauchno-praktycheskaya-konferencyya-postroenye-ynformacyonnogo 

Konfransın işçi dili ukrayna, ingilisrus dilləridir.

Qeyd edək ki, konfransda ölkəmizi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktor müavini i.e.d., Arzu Hüseynova təmsil edəcək.

Proqram komitəsi tərəfindən seçilmiş konfrans iştirakçıları tərəfindən təqdim edilən təqdimatlar əsasında orijinal ISBN ilə elektron material toplusu yaradılaraq, 2019-cu ilin sonuna qədər UkrETEII rəsmi saytının açıq girişində yerləşdirilməsi və V.İ.Vernadskiy adına Ukrayna Milli Kitabxanasına köçürülməsi nəzərdə tutulur. Həmçinin, açar sözlər əsasında hazırlanmış məqalələr redaksiya heyətinin qərarı ilə "Elm, texnologiya, innovasiya" iqtisad və texniki elmlər üzrə elmi dövr nəşrində nəşr olunacaqdır. (http://nti.ukrintei.ua/)

 Konfrans üçün son qeydiyyat tarixi:

·                     iştirakçılar (dinləyicilər) - 16 sentyabr 2019-cu il tarixinə kimi;

·                     məruzəçilər və tezis müəllifləri - 26 avqust 2019-cu il tarixinə kimi.

Konfransda dinləyici statusunda iştirak edən bütün iştirakçılar avtomatik olaraq qeydiyyatdan keçmiş olacaq.

Əlaqə vasitələri:

Konfransın Təşkilat Komitəsi

         Emets Victoria Vasilyevna (044) 521-00-32, (096) 489-80-28, emec@ukrintei.ua

         Matusevich Victoria Vladimirovna (044) 521-00-70, (050) 351-59-22,       

         matusevich@uintei.kiev.ua


              Məlumat üçün bildirirk ki, 21 may 2019-cu il tarixində Kiyev şəhərində keçirilmiş “İnformasiya və bilik cəmiyyətində insanın inkişafı" II Beynəlxalq Elmi-Praktiki Konfrasın Elmi Əsərlər Toplusu nəşr olunmuşdur. Topluda Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun şöbə müdiri prof., i.e.d. Tərbiz Əliyevlə yanaşı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktor müavini i.e.d. Arzu Huseynovanın məqalələri də yer almişdır.

Çap olunmuş əsərlər haqqında ətraflı məlumatın aşağıda qeyd olunan keçiddən əldə olunması tövsiyə olunur:

II Beynəlxalq Elmi-Praktik Konfrans "İnformasiya və bilik cəmiyyətində insanın İnkişafı" 21 May 2019

 © İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.

431.jpg
  • 13 May 2019
  • 470