Рейтинг@Mail.ru

İnnovasiyaların Təşviqi Qrupunun növbəti iclası keçirilib

  • 16 May 2019

15 may 2019-cu il tarixində innovativ təkliflərin sənaye sektorunda təşviqi məqsədi ilə İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış dövlət orqanlarının, müəssisələrin və elmi təşkilatların nümayəndələrindən ibarət İnnovasiyaların Təşviqi Qrupunun növbəti iclası keçirilib. 

 

Tədbirdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru, İnnovasiyaların Təşviqi Qrupunun rəhbəri Vilayət Vəliyev innovativ üsullardan yararlanmaqla yeni məhsulların istehsalına dair təqdim olunmuş layihələrin qeyri-neft sektorunda yeni məhsul istehsalına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına töhfə verəcəyini vurğulayıb.

 

İclasda vətəndaş Arif Qəniyevin bu qəbildən olan layihəsinin təqdimatı olub.

 

İşçi qrupunun nümayəndələri layihəni yüksək qiymətləndiriblər. Təqdim olunmuş layihənin yeni texnologiya tətbiq edilməklə istifadəsiz qalmış ərazilərdə yetişən qamış və qarğı bitkilərindən lövhə, tara və qablaşdırma məhsullarının istehsalını mümkünləşdirə biləcəyi qeyd edilib. Layihənin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər səsləndirilib.

 

Müzakirələrin nəticəsi olaraq layihənin innovativ olması və istehsalın təşkilinin dəstəklənməsi üzrə qərar qəbul edilib.

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.

 


432.jpg
  • 16 May 2019
  • 465