Рейтинг@Mail.ru

İnnovasiyaların Təşviqi Qrupu vətəndaş müraciətini dəyərləndirib

  • 24 May 2019

24 may 2019-cu il tarixində innovativ təkliflərin sənaye sektorunda təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış İnnovasiyaların Təşviqi Qrupu vətəndaş müraciətini dəyərləndirmək üçün növbəti iclas keçirib. 

İclasda müvafiq dövlət qurumlarının, müəssisələrin, elmi təşkilatların və özəl sektorun nümayəndələri iştirak edib.

 Tədbirdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru, İnnovasiyaların Təşviqi Qrupunun rəhbəri Vilayət Vəliyev qeyd edib ki, vahid pərakəndə platformanın (hipermarketlərin) günümüzə daxil olması istehlak bazarındakı dinamikanın, istehsal bazarindakı texnologiyaların inkişafının göstəricilərindəndir. Belə platformaların yaradılması istehsalçıların məhsullarını geniş sərgiləməyə, istehlakçılara isə seçim imkanı yaradılmasına əlverişli şərait yaradır.

İclasda vətəndaş Bəhruz Mehdiyevin bu qəbildən olan  inşaat sektoru vahid pərakəndə satiş platforması (hipermarket) layihəsi”nin  təqdimatı olub.

İşçi qrupunun nümayəndələri və dəvət olunmuş digər qonaqlar layihəni yüksək qiymətləndiriblər.

Müzakirələrin nəticəsi olaraq layihənin dəstəklənməsi və müvafiq orqanlara çatdırılması barədə qərar qəbul edilib.

  

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.

433.jpg
  • 24 May 2019
  • 472