Рейтинг@Mail.ru

İnnovasiyaların Təşviqi Qrupu brifinq keçirib

  • 09 Sentyabr 2019

İnnovativ təkliflərin sənaye sektorunda təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış İnnovasiyaların Təşviqi Qrupu İstanbul Texniki Universitetinin professoru Rafiq Mehdiyevin “Qlobal avtomobil sənayesinin bu günü və sabahı: yanacaq və ətraf mühit problemləri” mövzusunda brifinq keçirib.

Brifinqdə müvafiq dövlət qurumlarının, müəssisələrin, elmi təşkilatların və özəl sektorun nümayəndələri iştirak ediblər.

Tədbirdə Rafiq Mehdiyev “Yüksək performans və azyanacaqla çalışan prototip mühərrik modeli” layihəsini təqdim edib, brifinq iştirakçılarının suallarını cavablandırıb. Qeyd edək ki, layihə 10 beynəlxalq patent alıb.

Brifində iştirak edən bir sıra müəssisələr layihənin həyata keçilməsində marağını ifadə ediblər.

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir. 

441.jpg
  • 09 Sentyabr 2019
  • 70