Azərbaycan Respublikası Prezidentinin 6 dekabr
2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik
və orta sahibkarlıq səviyyəsində istehlak malların istehsalına və kənd
təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin,
həmçinin “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına
dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə
tutulan tədbirlərin icrası ilə əlaqədar olaraq İqtisadiyyat Nazirliyinin İqtisadi
İslahatlar Elmi Tədqiqat İnstitutunun bir qrup əməkdaşı
02-07 sentyabr 2019-cu il tarixlərində Şəki,
Qax, Balakən və Zaqatala rayonlarında olublar.
İnstitutun əməkdaşları baramaçılıq üzrə ixtisaslaşmış regionlardan olan Şəki-Zaqatala iqtisadi rayonunda baramaçılıq sahəsindəki mövcud vəziyyəti araşdırılıb, baramaçılıqla məşğul olan sahibkarlarla görüşlər keçirib. Görüşlərdə müzakirələr aparılıb, sahibkarlara institut tərəfindən hazırlanmış “Əmək qanunvericiliyi üzrə yaddaş kitabçası” və “Kənd təsərrüfat kooperativləri barədə maarifləndirici vəsait” paylanılıb.