Рейтинг@Mail.ru

Qənaətli istehsal üsullarına dair təlim keçirilib

  • 19 Sentyabr 2019

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqedilmiş “Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin icrasına uyğun olaraq, İqtisadiyyat Nazirliyinın İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda “Qənaətli istehsal üsulu "Altı Sigma" üzrə və Qənaətli enerji” mövzusunda təlim keçirilib.

Tədbiri giriş sözü ilə açan İnstitutun direktor vzəfəsini icra edən Arzu Hüseynova İnstitut tərəfindən qənaətli istehsal üsullarından olan “Sigma” və “Tam zamanında istehsal” (“Just in Time”) üzrə məlumatlandırma xarakterli təşviq nəşrlərinin hazırlandığını, bu istiqamətdə işlərin davam etdirildiyini vurğulayıb.

“Schneider Electric” Şirkətinin nümayəndələri  Dan Vlasceanu, Elbəy Rüstəmzadə, Səlim Əliyev və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun əməkdaşı Nərminə Quliyevanın məruzəsi ilə keçirilən təlimdə İqtisadiyyat Nazirliyinin əməkdaşları, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun doktorantları, "Sumqayıt Kimya Sənaye Parkı", "Sumqayıt Texnologiyalar Parkı", “STP”, "SOCAR Polymer", “ATEF” şirkətlər qrupu,  “Qala Maşınqayırma” ASC, “AEEK” şirkəti, “İZEL GROUP”, “Schneider Electric” və "Azərtexnolayn" MMC-nin  nümayəndələri iştirak ediblər.

Təlimdə “İnfrastrukturun yenilənməsi və modernizasiyasında rəqəmsal texnologiyanın rolu”, “Enerji Effektivliyində rəqəmsal texnologiyanın rolu”, “ Data Mərkəzlərinin qurulmasında rəqəmsal texnologiyanın rolu” və Qənaətli istahsal üsulları:"Altı sigma" mövzusunda təqdimatlar keçirilib.

           Sonda iştirakçıların suallarını cavablandırıb.

 

            © İstifadə zamanı www.ier.az saytına istinad zəruridir. 

444.jpg
  • 19 Sentyabr 2019
  • 121