Рейтинг@Mail.ru

Kiyevdə Beynəlxalq Elmi - Praktik Konfrans keçiriləcək

  • 23 Sentyabr 2019

07 noyabr 2019-cu il tarixində Ukraynanın Kiyev şəhərində “İnformasiya, təhlil, proqnozlaşdırma - Səmərəli dövlət idarəçiliyinin strateji yolları” mövzusunda XII Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək.

Ukraynanın Təhsil və Elm Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransda elmi-texniki, innovativ fəaliyyət və texnologiya transferi (ötürülməsi) üçün informasiya-analitik dəstək, elmi-texnoloji inkişafın prioritet sahələrinin proqnozlaşdırılması, elektron kitabxanaların yaradılması və istifadəsi kimi mövzular üzrə müzakirələr nəzərdə tutulur.    

Konfransa alimlər, sahibkarlar, informasiya və analitik xidmət rəhbərləri, kitabxana işçiləri, rəqəmsal texnologiyalar və təhlükəsizlik mütəxəssisləri, hökumət nümayəndələri və müstəqil ekspertlər dəvət edilirlər.

Konfrans haqqında ətraflı məlumatı aşağıda qeyd olunan keçiddən əldə etmək olar:   

http://www.uintei.kiev.ua/news/hii-mizhnarodna-naukovo-praktychna-konferenciya-informaciya-analiz-prognoz-strategichni-vazheli

Konfransın işçi dili ukrayna və ingilis dilləridir.

İştirak üçün son qeydiyyat tarixi: 25 oktyabr 2019-cu il

Əlaqə vasitələri:Konfransın Təşkilat Komitəsi: 

Victoria Emets; telefon: (044) 521-00-32, (096) 489-80-28;

e-mail: emec@ukrintei.ua

 

  © İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.

445.jpg
  • 23 Sentyabr 2019
  • 132