Рейтинг@Mail.ru

Milli tədqiqatlar bazasının təbliği mövzusunda seminar keçirilib

  • 30 Oktyabr 2019

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda Strateji Yol Xəritələrinin müvafiq tədbirlər planlarında nəzərdə tutulmuş elmi-tədqiqat təşkilatları ilə müəssisələr arasında əlaqələrin gücləndirilməsi, kiçik və orta biznesin inkişafı üçün innovasiya infrastrukturunun təkmilləşdirilməsi tədbirlərinin icrası istiqamətində “Ölkədə aparılan milli tədqiqatlar bazasının təbliği” mövzusunda seminar keçirilib.

Seminarın məqsədi elmi nəticələrin biznes sahəsinə çatdırılması üçün “Milli tədqiqatlar bazası”nın yaradılmasına dəstək göstərməkdir.

Tədbirdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu tərəfindən ali təhsil müəssisələrinin tədqiqat potensialı haqqında məlumatların sənaye müəssisələrinə çatdırılması məqsədilə kataloqun hazırlandığı diqqətə çatdırılıb, biznes və elm nümayəndələri arasında əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb.

            Seminarda aidiyyəti dövlət qurumlarının, universitetlərin və özəl sektorun nümayəndələri iştirak edib.



© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


451.png
  • 30 Oktyabr 2019
  • 185