Рейтинг@Mail.ru

İnnovasiyaların Təşviqi Qrupunun iclası keçirilib

  • 08 Noyabr 2019

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda İnnovasiyaların Təşviqi Qrupunun növbəti iclası keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının, ali təhsil müəssisələrinin və özəl sektorun nümayəndələri iştirak edib.

İclasda elmi nəticələr barədə sahibkarların məlumatlandırılması, biznes və elm nümayəndələrinin birlikdə çalışmasına dəstək göstərilməsi, eləcə də  biznes nümayəndəsi tərəfindən təklif edilmiş Elmi İctimai Birliyin yaradılması məsələləri müzakirə olunub.

         Tədbir çərçivəsində, həmçinin sahibkarlar üçün biznes müəssisələrinin yeni təşkilati modelləri barədə seminar təşkil edilib.


© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.

452.jpg
  • 08 Noyabr 2019
  • 297