Рейтинг@Mail.ru

İİETİ nəzdində Texniki Universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin filialı yaradılacaq

  • 29 Dekabr 2019

    İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu və Azərbaycan Texniki Universiteti arasında müqavilə imzalanıb. Müqavilədə elm, təhsil və istehsalatın inteqrasiyasının sürətləndirilməsinin, ali təhsil müəssisələri tələbələrinin elmi-tədqiqatlara cəlb edilməsinin, yüksək elmi potensiallı kadr hazırlığının, birgə elmi-tədqiqatların istehsalata tətbiqinin təmin edilməsi məqsədilə İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun nəzdində Azərbaycan Texniki Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin filialının yaradılması nəzərdə tutulur.

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.

459.jpg
  • 29 Dekabr 2019
  • 207