İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat
İnstitutunun və Azərbaycan Texniki Universitetinin təşkilatçılığı ilə “COVİD-19:
qlobal dəyişmələr və təsirlərin qiymətləndirilməsi” mövzusunda videokonfrans keçirilib.
Tədbirdə Azərbaycan və Türkiyənin bir sıra universitetlərinin rəhbərləri, ekspertlər iştirak ediblər.
Videokonfransda dünyada mövcud iqtisadi vəziyyət və qiymətləndirmələr, elmi-tədqiqatlar, postpandemiya dövründə universitetlərin tətqiqatlar istiqamətində üzərinə düşən vəzifələr və s. barədə məlumat verilib, mövzu ilə bağlı müzakirələr aparılıb.
©
İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.