Рейтинг@Mail.ru

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu 2020-2021-ci il üçün doktorantura və dissertanturaya qəbul ELAN edir

  • 02 Sentyabr 2020

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu Nazirlər Kabinetinin 25 avqust 2020-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublıkasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2020-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul PLANINA əsasən, 2020-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya (əyani və qiyabi) və dissertanturaya qəbul elan edir.

Doktorant və dissertant hazırlığı Nazirlər Kabinetinin 2010-cu il 01 iyul tarixli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na uyğun (Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli Qərarına əsasən edilmiş əlavə və düzəlişlərlə) olaraq həyata keçirilir.

 

DOKTORANTURADA TƏHSİL ALMAQ İSTƏYƏN ŞƏXSLƏRƏ ŞAMİL EDİLƏN TƏLƏBLƏR:


Fəlsəfə doktoru proqramı üzrə:


·         ali təhsil müəssisələrinin magistratura səviyyəsi və ya ona bərabər tutulan təhsil səviyyəsi;

·         ixtisas uyğunluğu;

·         xarici dil bacarıqları.


Doktorant təhsil müddətində:


·         peşə biliklərinə dərindən yiyələnməli;

·         müstəqil elmi-tədqiqat işi aparmaq vərdişləri əldə etməli;

·         elmi-tədqiqatlar aparmaq metodologiyasını mənimsəməli;

·         fərdi iş planını tam yerinə yetirməli;

·       Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tatixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq imtahanlar verməli;

·         Elmi-tədqiqatlarının nəticələrini əks etdirən məqalələr dərc etdirməli;

·    doktorant və dissertantlar hər il İnstitutun elmi şurasına fərdi iş planının yerinə yetirilməsi haqqında hesabat verir və İnstitutda keçirilmiş attestasiyanın nəticəsindən asılı olaraq onun doktoranturada (dissertanturada) təhsilini davam etdirməsi barədə qərar qəbul olunur

·    doktorant (disertant) təhsil müddəti ərzində dissertasiya işini başa çatdırmalı, aprobasiyasını keçirməli və müəyyən olunmuş qaydada onu müdafiəyə təqdim etməlidir. 


Doktoranturada fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən şəxslər üçün:


TƏLƏB OLUNAN SƏNƏDLƏR


·       ərizə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktorunun adı­na);

·        kadrların şəxsi-qeydiyyat vərəqi (iş yerində imzalanmış və möhürlənmiş);

·        tərcümeyi-hal (çap və elektron formada);

·        4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

·        iş yerindən xasiyyətnamə;

·        iş stajı olanlar üçün əmək kitabçasından (sonuncu iş yerindən) təsdiq edilmiş çıxarış;

·        çap olunmuş elmi işlərin siyahısı (forma 2.4) və ya seçilmiş ixtisas üzrə referat

·      ali təhsil müəssisəsini bitirmək haqqında diplom və diploma əlavələrin (əsli şəxsən təqdim edilir) müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (əsli şəxsən təqdim edilir));

·        xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (əgər varsa);

·        magistr təhsili olanların dissertasiyasının çap və elektron forması (elektron daşıyıcıda);

·        şəxsiyyəti təsdiq edən sənədin surəti (əsli şəxsən təqdim edilir)

 

Dissertanturada fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən şəxslər üçün:


Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan, müvafiq tədqiqat sahəsində  müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, azı iki il elmi və elmi-pedaqoji iş stajına malik elmi və elmi-pedaqoji kadrlar sənəd təqdim edə bilərlər.

Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməzlər.

Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil ala bilməzlər.

Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan verməlidirlər.


TƏLƏB OLUNAN SƏNƏDLƏR


- ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə);

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

-  şəxsiyyəti təsdiq edən sənədin surəti.


Dissertanturada elmlər doktoru elmi dərəcəsi almaq istəyən şəxslər üçün:

Dissertantlıq yolu ilə elmlər doktoru elmi dərəcəsi almaq üçün fəlsəfə doktoru elmi dərəcəsinin olması  əsas şərtdir.


TƏLƏB OLUNAN SƏNƏDLƏR


- ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi əsərlərin siyahısı (elmlər doktoru hazırlığı üzrə);

- fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

TARİXLƏR

 

Sənədlər  03-25 sentyabr 2020-ci il tarixlərində  İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda (Bakı şəhəri, H.Zərdabi 88a) Elmi katibliyində (VI mərtəbə, otaq № 613) saat 11:00-dan 17:00-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) qəbul edilir.


Ölkədəki xüsusi karantin rejimi ilə əlaqədar olaraq, iddiaçılar  sənədlərini onlayn formada phd.isrer@gmail.com elektron poçt ünvanına göndərməklə yanaşı, həm də 25 sentyabr 2020-ci il tarixinədək pandemiya şəraitinə uyğun olaraq sanitar-gigiyenik normalara riayət etməklə instituta şəxsən təqdim etməlidirlər.


Qeyd: Nəzərdə tutulan elmi rəhbərlə (məsləhətçi) görüş və müsahibə 28-30 sentyabr 2020-ci il tarixlərində təşkil olunacaq.

Fəlsəfə doktoru proqramı üzrə qəbul imtahanları (Elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul olmaq istəyən şəxslərlə müsahibələr) 01 oktyabr – 10 noyabr 2020-ci il aralığında keçiriləcəkdir.


Əlavə məlumat üçün İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun Elmi Katibliyinə  müraciət etmək olar.

Əlaqə telefonları: (+994 12) 431 60 04 (əlavə 36-13); (+994 12) 430-01-70.

E-mail: phd.isrer@gmail.com

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.

466.jpg
  • 02 Sentyabr 2020
  • 1082