Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr
tarixli Fərmanı ilə təsdiq edilmiş “Ağır sənaye və maşınqayırmanın
inkişafına dair Strateji Yol Xəritəsi”nin icrasına uyğun olaraq, İqtisadiyyat
Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda
“Qənaətli istehsal üsulları: Poka-Yoke və «Pull» production” mövzusunda onlayn
seminar keçirilib.
Seminarda İqtisadiyyat
Nazirliyinin və Nazirliyin tabeliyində Kiçik və Orta
Biznesin İnkişafı Agentliyinin nümayəndələri, sənaye sahəsində
fəaliyyət göstərən sahibkarlar iştirak edib.
Tədbirdə İnstitutda seminarın mövzusuna uyğun məlumatlandırma xarakterli təşviq nəşrlərinin hazırlandığı bildirilib, bu barədə təqdimat keçirilib.
Sonda qənaətli istehsal üsullarına dair müzakirələr aparılıb.
© İstifadə zamanı www.ier.az
saytına istinad zəruridir.