Рейтинг@Mail.ru

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun doktorant və dissertantlarının nəzərinə!

  • 12 Aprel 2021

    İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda ixtisas fənləri üzrə fəlsəfə doktoru imtahanları və iqtisadiyyatın ümumelmi əsasları üzrə imtahanlar keçiriləcəkdir.

    Fəlsəfə doktoru imtahanlarının verilməsi iddiaçının dissertasiya müdafiəsinə buraxılması üçün mütləq şərtdir. İmtahanlar dissertasiyanın ilkin müzakirəsinədək verilir və nəticələri həmin imtahanların verildiyi tarixdən dissertasiyanın ilkin müzakirəsinədək 5 il müddətində etibarlı sayılır.

    Fəlsəfə doktoru imtahanları aşağıdakı ixtisas fənləri üzrə təşkil edilir:

5301.01 - Daxili fiskal siyasət və dövlət maliyyəsi;

5302.01 - Ekonometriya; iqtisadi statistika;

5306.01 - Texnoloji innovasiyalar iqtisadiyyatı;

5309.01 - Sənayenin təşkili və dövlət siyasəti;

5310.01 - Dünya iqtisadiyyatı;

5312.01 - Sahə iqtisadiyyatı.

    Fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi iddiaçılarının hazırladığı dissertasiyanın profili üzrə elm sahəsində ali təhsilləri olmadıqda, onlar həmin elm sahəsinin ümumi elmi əsaslarından əlavə imtahan verməlidirlər.

Həm ixtisas fənləri üzrə fəlsəfə doktoru, həm də iqtisadiyyatın ümumi əsaslarından əlavə imtahanlar İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda 17.05.2021-ci il tarixində saat 10:00-da başlayacaqdır.

İddiaçılar 08.05.2021-ci il tarixinədək İnstituta şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə olunmuş ərizə ilə müraciət etməlidir.

İxtisas fənlərinin proqramlarını buradan əldə edə bilərsiniz:

Daxili fiskal siyasət və dövlət maliyyəsi;

Ekonometriya; iqtisadi statistika;

Texnoloji innovasiyalar iqtisadiyyatı;

Sənayenin təşkili və dövlət siyasəti;

Dünya iqtisadiyyatı;

Sahə iqtisadiyyatı.

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.

468.jpg
  • 12 Aprel 2021
  • 470