Рейтинг@Mail.ru

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib

  • 21 Aprel 2021

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda iki dissertasiya işinin onlayn formatda ilkin müzakirələri keçirilib.

Belə ki, institutun doktorantı Elnur Ələkbərovun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın və iqtisadi təsirlərinin qiymətləndirilməsi”, dissertant Təranə Salıfovanın “Regional innovasiya aktivliyinin qiymətləndirilməsi” mövzularında dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib.

Elmi seminarların qərarı ilə dissertasiya işlərinin müvafiq müdafiə şuralarında müzakirəsi tövsiyə edilib.

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.

469.jpg
  • 21 Aprel 2021
  • 538