Рейтинг@Mail.ru

Yol-nəqliyyat hadisələrinin sosial-iqtisadi zərərinin qiymətləndirilməsi mövzusunda treninq keçiriləcək

  • 25 May 2021

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 7.1.4.1-ci yarımbəndinin icrası ilə əlaqədar İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu tərəfindən “Yol–nəqliyyat hadisələri nəticəsində dəyən sosial–iqtisadi və ekoloji zərərin qiymətləndirilməsi və hesablanması Qaydaları” hazırlanıb.

Bununla əlaqədar olaraq, iyunun 2-4-də Dünya Bankının Azərbaycan ofisi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu ilə birgə yol-nəqliyyat hadisələrinin vurduğu zərər və onun hesablanma metodları barədə “Yol-nəqliyyat hadisələri nəticəsində dəyən sosial-iqtisadi zərərin qiymətləndirilməsi” mövzusunda onlayn treninq təşkil edəcəkdir. Treninqdə müzakirə olunacaq əsas mövzular aşağıdakılardır:

1.    Yol qəzalarının vurduğu zərərin qiymətləndirilməsi metodologiyaları;

2.    Məlumatlara olan ehtiyaclar və məlumatların toplanma qaydası;

3.    Zərərin hesablanması metodları;

4.    Tədqiqatın nəticələri və onlardan istifadə qaydaları;

5.    Yol-nəqliyyat hadisələrinin sosial təsirləri.


© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.

470.jpg
  • 25 May 2021
  • 597