Рейтинг@Mail.ru

Beynəlxalq Konfranslar Həftəsi təşkil olunub

  • 25 İyun 2021

21-25 iyun 2021-ci il tarixlərində Avropa Təlim Fondu və UNESCO-nun birgə təşkilatçılığı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Əmək Təşkilatı və UNICEF-in dəstəyi ilə “Uzunmüddətli Biliklərə Yiyələnmə Sisteminin Qurulması: Rəqəmsal erada “yaşıl” iqtisadiyyat və inklüziv cəmiyyət üçün biliklər” mövzusunda Beynəlxalq Konfranslar Həftəsi keçirilib. Beynəlxalq Konfranslar Həftəsi çərçivəsində virtual formatda təşkil edilən tədbirlərdə İqtisadiyyat Nazirliyi və Nazirliyin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun nümayəndələri də iştirak ediblər.

Tədbirin əsas məqsədi “yaşıl” iqtisadiyyat və inklüziv cəmiyyət üçün biliklər əldə edilməsi üzrə milli və beynəlxalq təcrübələrə əsaslanan sistemin yaradılması, COVID-19 pandemiyası zamanı insan kapitalının inkişafı, müxtəlif istiqamətlərdə aparılan təhlil və tədqiqatlar, o cümlədən kiçik və orta sahibkarlığa dəstək sahələrində gələcək əməkdaşlıq prioritetlərinin müəyyən edilməsidir.


© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.

475.png
  • 25 İyun 2021
  • 1051