Рейтинг@Mail.ru

Layihə dəyərləndirilməsi üzrə 4-cü regional təlim keçirilir

  • 14 May 2014


12-16 may tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üvz ölkələrin nümayəndələri üçün “Layihə dəyərləndirilməsi” üzrə 4-cü regional təlim keçirilir.

 

Təlimin keçirilməsində məqsəd İƏT-in maliyyə dəstəyi ilə həyata keçirilən layihələrin idarəetmə heyətinə beynəlxalq qurumların layihələrin qiymətləndirilməsi mexanizmləri barədə məlumat verməkdir.

 

Tədbir İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Ölkələrinin Statistika, İqtisadiyyat və Sosial Tədqiqatlar və Təlim Mərkəzi (SESRIC) və İslam İnkişaf Bankının İslam Tədqiqat və Təlim İnstitutunun (IRTI/IDB) birgə təşkilatçılığı ilə keçirilir.

 

Mayın 16-dək davam edəcək  təlimdə Azərbaycan, Əfqanıstan, Pakistan, İran, Tacikistan, Türkiyə və Özbəkistandan olan nümayəndələr, eləcə də İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun şöbə müdiri Aynurə İsmayılova iştirak edir.

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


73.jpeg
  • 14 May 2014
  • 1031