Рейтинг@Mail.ru

Qazaxıstanda İqtisadi Forum və beynəlxalq konfrans keçirilmişdir

  • 15 May 2014


20-23 may tarixlərində Qazaxıstanın Astana şəhərində VII Astana İqtisadiyyat Forumu və II Ümumdünya Antiböhran Konfransı keçirilmişdir.

 

2008-ci ildən etibarən təşkil edilən Forumda 100-dən çox ölkənin rəsmi şəxsləri, beynəlxalq təşkilatların və maliyyə institutlarının rəhbərləri, tanınmış ekspertlər olmaqla, 10 mindən nümayəndə iştirak etmişdir.

 

Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev də iştirak etmişdir.

 

V.Vəliyev Forum çərçivəsində Qazaxıstanın “İqtisadi Tədqiqatlar İnstitutu” ASC-nin təşkilatçılığı ilə təşkil edilən “XXI əsrdə Asiya regionunda sənaye və xidmət sektorlarının diversifikasiyası siyasəti” mövzusunda keçirilmiş sessiyada “Azərbaycan iqtisadiyyatının diversifikasiyası: sənayeləşmə, nailiyyətlər və perspektivlər” mövzusunda təqdimatla çıxış etmişdir. 

 


© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


74.jpg
  • 15 May 2014
  • 1286