Рейтинг@Mail.ru

“Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində 2-ci Platformanın növbəti iclası keçirilmişdir

  • 16 May 2014


Mayın 13-də Belçikanın paytaxtı Brüssel şəhərində “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində 2-ci Platformanın “İqtisadi inteqrasiya və Avropa Birliyi siyasətinə yaxınlaşma” mövzusunda 11-ci iclası keçirilmişdir.

 

İclasda Avropa Birliyinə üzv ölkələrlə yanaşı, Azərbaycan, Belarus, Gürcüstan, Moldova,  Ukrayna və digər ölkələrin nümayəndələri iştirak etmişlər.

 

Tədbirdə ölkəmizi Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun şöbə müdiri Arzu Hüseynova təmsil etmişlər.

 

İclasın birinci hissəsində görülmüş işlər barədə məlumat verilmiş, qarşıya qoyulmuş məsələlərin həlli üzrə hesabatlar dinlənilmiş və müzakirə edilmişdir. Tədbirin ikinci hissəsində “Şərq Tərəfdaşlığı” Proqramına üzv ölkələrdə  kənd təsərrüfatının inkişafı platforması, insan resurslarının qiymətləndirilməsi indikatorları və metodologiyasının işlənməsi, nəqliyyat, ətraf mühit resurslarının səmərəliliyi və s. mövzular üzrə bir sıra təkliflər irəli sürülmüş və fikir mübadiləsi aparılmışdır.

 


© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


75.jpg
  • 16 May 2014
  • 1128