Рейтинг@Mail.ru

Türkiyədə “Peşə Məktəbləri və Sosial və Texniki Elmlər” mövzusunda 1-ci Beynəlxalq Konqres keçirilmişdir

  • 30 May 2014


22-23 may tarixlərində Türkiyənin Zonquldak vilayətində “Peşə Məktəbləri və Sosial və Texniki Elmlər” mövzusunda 1-ci Beynəlxalq Konqres keçirilmişdir.

 

Tədbirin keçirilməsində məqsəd texniki peşə məktəblərində sosial və texniki elmlər üzrə fənnlərin tədrisində fənnlərarası əlaqələndirmənin gücləndirilməsi, tədris problemlərinin qiymətləndirilməsi və mövcud sahədə digər ölkələrdəki bilik və təcrübələrin öyrənilməsidir.

 

Türkiyənin Bülent Ecevit Universitetinin təşkilatçılığı ilə keçirilən Konqresdə ABŞ, Almaniya, İtaliya, Özbəkistan, Qazaxıstan və digər ölkələrdən olan tədqiqatçılarla yanaşı, İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Fərhad Mikayılov və baş mütəxəssis Nicat Seyidov iştirak etmişlər.

 

15 sessiyada 50-dən çox məruzənin dinlənildiyi Konqresdə İnstitutun nümayəndələri də məruzələrlə çıxış etmişlər.

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


76.jpg
  • 30 May 2014
  • 950