Рейтинг@Mail.ru

21-ci “Tətbiqi İqtisadi Siyasət” mövzusunda təlim kursu davam edir

  • 30 May 2014

Mayın 26-dan Avstriyanın paytaxtı Vyana şəhərində 21-ci “Tətbiqi İqtisadi Siyasət” (AEP) mövzusunda təlim kurslar başlamışdır. Treninqdə makroiqtisadi idarəetmə, maliyyə proqramlaşdırılması, əmək bazarı və sosial siyasət, beynəlxalq ticarət rejimləri və ticarət siyasəti və s. mövzularda məruzələr dinləniləcəkdir.

 

Birləşmiş Vyana İnstitutunun təşkilatçılığı ilə keçirilən təlim kursunda Azərbaycan, İordaniya, Belarus, Qazaxıstan, Slovakiya, Ermənistan, Türkiyə, Serbiya, Moldova, Polşa, Albaniya, Özbəkistan, Estoniya, Tacikistan, Litva, Rumıniya, Gürcüstan, Bosnia-Hersoqoviniyadan olmaqla, müxtəlif dövlət qurumlarını 30-dan çox nümayəndə təmsil edir.

 

Təlimdə İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Aynurə İsmayılova iştirak edir.

 

Təlim proqramı iyulun 18-dək davam edəcəkdir.

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


77.jpg
  • 30 May 2014
  • 1182