İyunun 4-də İqtisadiyyat və Sənaye Nazirliyinin
İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda “Elsevier” Şirkəti ilə
əməkdaşlıq çərçivəsində “Elmi məqalələrin yazılması qaydaları” mövzusunda
müəllif seminarı keçirilmişdir.
Tədbirdə İqtisadi İslahatlar Elmi Tədqiqat
İnstitutunun əməkdaşları, doktorant və dissertantları, eləcə də Bakı Dövlət
Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Milli
Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun nümayəndələri iştirak etmişlər.
“Elsevier” Şirkətinin Türkiyə, İran, Orta Şərq və
Mərkəzi Asiya üzrə meneceri Gamzə Kəskininin məruzəsi ilə təşkil edilən
seminarda iştirakçılara elmi işlərin yazılması, nəşr olunması, ədəbiyyat və
elmi məqalələrin xülasələrinin hazırlanması, bu sahədə beynəlxalq təcrübə,
beynəlxalq nəşrlərin redaktorları və rəyçilərlə əməkdaşlığın qurulması, müəllif
hüquqları və vəzifələri və s. barədə ətraflı məlumat verilmişdir.
© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.