Рейтинг@Mail.ru

Tibilisidə “Maliyyə proqramlaşdırması və siyasət” mövzusunda təlim keçirilmişdir

  • 10 İyun 2014


26 may–6 iyun tarixlərində Gürcüstanın paytaxtı Tibilisi şəhərində “Maliyyə proqramlaşdırması və siyasət” mövzusunda təlim keçirilmişdir.

 

Beynəlxalq Valyuta Fondunun (IMF) və Gürcüstanın Maliyyə Nazirliyinin birgə əməkdaşlığı ilə keçirilən təlimdə Azərbaycan, Özbəkistan, Tajikistan və Qırğızıstandan olan nümayəndələrlə yanaşı, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun Makroiqtisadi tədqiqatlar şöbəsinin baş mütəxəssisi Elnur Ələkbərov da iştirak etmişdir. 

 

Təlimin nəzəri hissəsində makroiqtisadi tənzimləmə və struktur islahatlar, Mərkəzi, Şərqi və Cənubşərqi Avropa ölkələrinin timsalında iqtisadi böhranın təsirləri, buraxılış, xərc və qiymətlər əsasında hesabların təhlili və proqnozlaşdırma, tədiyyə balansı hesabları və proqnozlaşdırma, fiskal hesabların təhlili və proqnozlaşdırılması kimi mövzularda məruzələr dinlənilmişdir.

 

Təlimin praktiki hissəsində Ukrayna timsalında maliyyə proqramlaşdırılması və siyasət təklifləri hazırlanmışdır.

 

Təlimin sonunda iştirakçılara setifikatlar təqdim olunmuşdur.

 

  

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


80.jpg
  • 10 İyun 2014
  • 1026