İyunun 25-də
İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat
İnstitutunda ABŞ-ın “Wiley” Nəşriyyatı ilə birgə əməkdaşlıq çərçivəsində
“Beynəlxalq jurnallarda necə uğurlu nəşr olunmalı?” mövzusunda müəllif seminarı
keçirilmişdir.
Seminarda
İnstitutun əməkdaşları, dissertant və doktorantları ilə yanaşı, İqtisad
Universitetinin, Elmi-Tədqiqat
Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun, Elmi-Tədqiqat və
Layihə-Axtarış Energetika İnstitutunun, İqtisadi Araşdırmalar Elmi Tədqiqat
İnstitutunun və Qafqaz Universitetinin nümayəndələri
iştirak etmişlər.
Tədbirdə “Wiley”
Nəşriyyatının Türkiyə, Şimali Kipr, Azərbaycan və Özbəkistan üzrə satış meneceri Deniz
Yılmazoğlu “WILEY: Online Kitabxanasının təqdimatı” və nəşriyyatın baş
redaktoru Kirsten Severinq “Müəllifin iş planı” adlı məruzələrlə çıxış
etmişlər.
Sonda mövzu
ətrafında fikir mübadiləsi aparılmış, iştirakçıları maraqlandıran suallar
cavablandırılmışdır.
© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.