Рейтинг@Mail.ru

Təlim-seminar və Festival keçirilmişdir

  • 18 May 2016


2016-cı ilin 10-14 may tarixlərində İran İslam Respublikasının İsfahan şəhərində “İnkişaf etməkdə olan ölkələr üçün texnoloji sahibkarlıq” mövzusunda təlim-seminar keçirilmişdir.


UNESCO-nun himayəsi altında Cənub-Cənub Əməkdaşlığı üçün Beynəlxalq Elm, Texnologiya və İnnovasiya Mərkəzinin (ISTIC) və Texnologi İnkubatorlar və Elm Parkının İnkişafı üçün İsfahan Regional Mərkəzinin (IRIS) həmtəşkilatçılığı ilə təşkil edilən təlimdə Azərbaycan, Malaziya, Türkiyə, İraq, Hindistan, Tunis və digər ölkələrdən nümayəndələr iştirak etmişlər.


İştirakçılar arasında İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu Marketinq və koordinasiya şöbəsinin müdiri Aynurə İsmayılova da iştiraklar arasında olmuşdur.


5 gün davam edən təlimdə texnologiya və innovasiyaların idarəolunması üzrə Malaziya, İran təcrübələrinin öyrənilməsi ilə yanaşı, strateji marketinq, inkişaf etməkdə olan ölkələrdə əqli mülkiyyət məsələləri, onların kommersiyalaşdırılması, biznes təkliflərin hazırlanması, biznes strategiya və intellektual məhsulun təqdim olunması, kommersiyalaşdırılması, universitetlərin nəzdində Elm-Texnologiyalar Parklarında elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılması, Elm Parkları üçün əsas uğur faktorları, yeni başlayanlar üçün kommersiyalaşdırma, yeni imkanlar, investorların cəlb edilməsi, mövcud təcrübələr kimi müxtəlif istiqamətlərdə təqdimatlar dinlənilmişdir.


Təlim iştirakçıları həmçinin Şeyx Bahai Texnoloji Sahibkarlıq Festivalında iştirak etmiş, mövcud sahədə İran təcrübəsi ilə tanış olmuşlar.


Sonda yekun təqdimatla çıxış edən iştirakçılara sertifikatlar təqdim olunmuşdur.

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


9.png
  • 18 May 2016
  • 1282